“Kapital Bank”ın yenilənmiş Tərtər filialı istifadəyə verilib


İqtisadiyyat 12 Okt 2017 09:59:48 381 0

“Kapital Bank”ın yenilənmiş Tərtər filialı istifadəyə verilib

Filial yeni konsepsiya əsasında təmir edilib

“Kapital Bank” ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Tərtər filialının yenilənmiş ofisini istifadəyə verib.

“Report” Banka istinadən xəbər verir ki, yeni konsepsiya əsasında təmir edilmiş filial Tərtər şəhəri, E.Hüseynov küçəsi, 9 ünvanında yerləşir.

Müştərilər burada müasir bank xidmətlərindən istifadə edə bilərlər. Tərtər filialı hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri təklif edir. Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Xatırladaq ki, “Kapital” Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Bakı şəhəri üzrə Buzovna, Dəmiryol və Lökbatan şöbələri, region üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı, Göyçay, Qobustan və Beyləqan filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək lazımdır.