Tanınmış sənətçi avtomobilində güllələndi FOTO


Dünya 12 Okt 2017 09:29:45 351 0

Tanınmış sənətçi avtomobilində güllələndi  FOTO

Ötən gecə saat 3-də tanınmış türkü ifaçısı Gökhan Doğanay silahlı hücuma məruz qalıb.

Son.az "Cadde"yə istinadla bildirir ki, hadisə ötən gün İstanbulun Kadıköy səmtində baş verib. Avtomobili ilə hərəkətdə olan sənətçiyə digər avtomobildən atəş açılıb. Mərmilərdən 3-ü onun bədəninə girib. Sənətçi xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır.

Polis məsələ ilə bağlı araşdırmalara başlayıb, hücum edən şəxslərin kimliyi müəyyənləşdirilir.


Xəbərə aid fotolar