Türkiyə ilə diplomatik mübahisələr hərbi əməkdaşlığa toxunmur


Dünya 12 Okt 2017 08:58:00 369 0

Türkiyə ilə diplomatik mübahisələr hərbi əməkdaşlığa toxunmur

Ceyms Mettis: “Bu ölkə NATO üzrə müttəfiqdir"

ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, diplomatik sahədə ABŞ və Türkiyə arasında yaranmış problemlər hərbi əməkdaşlığa zərər vurmur.

"Bu ölkə NATO üzrə müttəfiqdir. Biz vahid düşmənə qarşı ümumi mövqe tutmaq üçün gərgin iş aparacağıq. Hərbçilərin xətti ilə birgə yaxşı işləyəcəyik", - deyə o qeyd edib. O, həmçinin qeyd edib ki, ötən ildə də iki ölkə arasında diplomatik fikir ayrılıqları yaranıb. Lakin bu, ABŞ və Türkiyənin hərbi əməkdaşlığına təsir göstərməyib. Son.az "Report"a istinadən bildirir ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsindən sonra bu ölkənin Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarına qeyri-immiqrant vizaların verilməsinin dayandırlılmasına dair qərar verib. Bundan dərhal sonra Türkiyənin ABŞ-dakı səfirliyi də analoji addım atması ilə bağlı qərarını açıqlayıb.