Rumıniyanın "Transgaz" şirkətinin rəhbəri Azərbaycana gəlib


Digərləri 12 Okt 2017 08:42:00 373 0

Rumıniyanın "Transgaz" şirkətinin rəhbəri Azərbaycana gəlib

İon Sterian hökumət və SOCAR rəsmiləri ilə görüşlər keçirəcək

Rumıniyanın "Transgaz" şirkətinin baş direktoru İon Sterianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Son.az "Report"a istinadən bildirir ki, Rumıniya nümayəndə heyəti SOCAR-ın dəstəyilə bu gün Bakıda işə başlayacaq "Argus Media" beynəlxalq neft sammitində iştirak edəcək. "Transgaz" şirkətinin Direktorlar Şurasının sədri İon Sterian Azərbaycana səfəri çərçivəsində hökumət və SOCAR rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Qeyd edək ki, 2016-cı ilin iyulunda Rumıniya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı SOCAR və "Transgaz" arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.