Ekstremal temperaturda işləyən yaddaş kartları satılacaq


Digərləri 12 Okt 2017 08:31:00 576 0

Ekstremal temperaturda işləyən yaddaş kartları satılacaq

"Western Digital" şirkəti yaddaş kartlarının yeni seriyasını təqdim edib. "SD" və "microSD" formatlı daşıyıcılar yüksək təhlükəsizlik dərəcəsinə malikdir, nəqliyyat vasitələri və sənaye avadanlığında istifadə üçün nəzərdə tutulub.

Son.az ICTnews-a istinadən bildirir ki, yenilik üç istehsal xəttinə bölünür: "SanDisk Automotive", "Industrial" və "Industrial XI". Birinci istehsal xəttinə aid olan 8, 16, 32 və 64 QB-lıq avtomobil SD kartları -40-dan +85 selsi dərəcəyədək temperaturda işləyir.

Sənaye sistemləri üçün daşıyıcılar "SD" və "microSD" versiyalarında təqdim olunub və -25-dən +85 selsi dərəcəyədək temperaturda işləyir. Daşıyıcıların tutumu 8-128 QB aralığındadır.

Nəhayət, "Industrial XI" istehsal xəttinə aid olan 8-64 QB-lıq "SD" kartlar -40-dan +85 selsi dərəcəyədək temperaturda işləyir.