Bakıda yanacaqdoldurma məntəqəsində bıçaqlandı


Digərləri 12 Okt 2017 08:36:00 332 0

Bakıda yanacaqdoldurma məntəqəsində bıçaqlandı

Hadisəni törədən şəxs saxlanılıb

Bakıda yanacaqdoldurma məntəqəsində orta yaşlı kişi bıçaqlanıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, "Xaqani" yanacaqdoldurma məntəqəsinin ərazisində 1982-ci il təvəllüdlü Ələkbərov Xəyal Ramiz oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı X.Ələkbərov bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır. Nərimanov RPİ-dən verilən məlumata görə, hadisəni törədən şəxs (hələlik adı açıqlanmır) saxlanılıb.