Çin dünyada birinci yerə çıxacaq


Digərləri 12 Okt 2017 08:21:00 333 0

Çin dünyada birinci yerə çıxacaq

Maye-kristal ekranların (LCD) istehsalı zavodlarının genişləndirilməsinə aktiv şəkildə vəsaitlər yatıran Çin şirkətlərinin 2019-cu ilədək ölkəni displeylərin buraxılışı üzrə iri istehsal bazasına çevirəcəyi gözlənilir. Çinin sənaye assosiasiyalarının nümayəndələri belə düşünür.

Son.az ICTnews-a istinadən bildirir ki, Çində televizor, smartfon, kompüter və digər elektronika üçün ekranların istehsalı üzrə planlaşdırılan və ya tikilməkdə olan zavodlara yatırılan investisiyaların ümumi məbləği 800 milyard yuana (120 milyard dollar) çatıb. "Xinhua" informasiya agentliyinin Çin Video Sənayesi Assosiasiyasının (China Video Industry Association və ya CVIA) və Optika və Optik Elektronika Məhsulu Assosiasiyasının məlumatlarına istinadən bildirib ki, təkcə maye-kristal məhsulunun istehsalına 500 milyard yuandan çox vəsait yatırılıb.

Ekspertlərin proqnozlarına görə, iki ildən sonra Çin displey sahəsinin hazırkı dünya lideri Cənubi Koreyanı geridə qoyacaq.

Həmçinin bildirilir ki, 2017-ci ilin birinci yarısında Çində buraxılan ekran məhsulunun ümumi sahəsi 57 milyon kvadratmetr təşkil edib. Bu isə qlobal həcmin üçdə bir hissəsi və böyüklüyünə görə Koreya istehsalçılarından sonra ikinci nəticə deməkdir.