Kaliforniyada meşə yanğınları qurbanlarının sayı 21ə çatıb


Dünya 12 Okt 2017 08:23:00 351 0

Kaliforniyada meşə yanğınları qurbanlarının sayı 21ə çatıb

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları qurbanlarının sayı 21 nəfər çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, daha əvvəl 18 nəfərin öldüyü bildirilirdi. Yanğınlar azı 3,5 min ev və sənaye binalarını yararsız hala salıb.

Qeyd edək ki, yanğınlar səbəbindən 20 mindən çox insan təxliyə olunub. Yanğınların söndürülməsində 2,7 min yanğınsöndürən iştirak edir.