Bakıda yeniyetməni yük avtomobili vurub


Digərləri 12 Okt 2017 08:10:00 290 0

Bakıda yeniyetməni yük avtomobili vurub

O, reanimasiya şöbəsinə yerləşdirilib

Bakıda yeniyetməni yük avtomobili vurub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb Belə ki, "99 JE 139" dövlət qeydiyyat nişanlı, "İsuzu" markalı yük avtomobili yolu keçən 2005-ci il təvəllüdlü İsmayılzadə Nihat Ədalət oğlunu vurub. Yaralı yük avtomobili ilə xəstəxanaya gətirilib. Həkimlər onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.