“Facebook” “Apple Music”i “Messenger”ə əlavə edəcək


Digərləri 12 Okt 2017 08:05:00 323 0

“Facebook” “Apple Music”i “Messenger”ə əlavə edəcək

"Facebook" rəhbərliyi "Apple Music" əlavəsini özünün məlumat mübadiləsi əlavəsi olan "Messenger"ə inteqrasiya etmək qərarına gəlib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə tərtibatçılar üçün keçirilən F8 konfransında məlum olub.

Bu funksiyadan yaxın zamanlarda bütün istifadəçilərin yararlanması mümkün olacaq. Funksiya istifadəçinin öz dostları, ailə üzvləri və digərləri ilə musiqi kompozisiyaları bölüşməsinə imkan verəcək. Həmçinin istifadəçinin həmin an üçün müəyyən əhval-ruhiyyəsinə uyğun musiqini tapmağa və öz pley-listini yaratmağa imkan verəcək. Belə bir funksiyaya daha əvvəl "Spofity" əlavəsində də rast gəlinib.

Funksiyanın musiqini tam olaraq səsləndirməsi, daha 30 saniyəlik bir hissəsini yayımlaması üçün istifadəçi "Apple Music" əlavəsində qeydiyyatdan keçməli olacaq. Bunu etmək üçün isə çat qruplara daxil olmalı və müvafiq genişlənməni yükləmək lazım gələcək.