Yetkinlik yaşına çatmayanlara cəza növləri artırılır


Digərləri 12 Okt 2017 07:50:00 256 0

Yetkinlik yaşına çatmayanlara cəza növləri artırılır

Azərbaycanda yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri artırılır.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri artırılır. Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni bəndin əlavə olunması təklif edilir. Təklifə əsasən, yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növlərinə “azadlığın məhdudlaşdırılması” cəza növü də əlavə edilir. Yetkinlik yaşına çatmayanların iki aydan iki ilədək müddətdə azadlığı məhdudlaşdırıla bilər. Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanlara "azadlığın məhdudlaşdırılması" cəza növü nəzərdə tutulmur. Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.