Tillersonla Çavuşoğlu arasında telefon danışığı olub


Dünya 12 Okt 2017 05:44:56 349 0

Tillersonla Çavuşoğlu arasında telefon danışığı olub

Tillerson Ankarada ABŞ səfirliyinin əməkdaşlarının həbsi ilə bağlı narahatlığını ifadə edib

ABŞ-ın dövlət katibi Reks Tilllersonla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

“Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert məlumat yayıb.

Telefon danışığının gedişatında Tillerson Ankarada ABŞ səfirliyinin əməkdaşlarının həbsi ilə bağlı narahatlığını ifadə edib və Türkiyəni saxlanılanlara qarşı irəli sürülmüş ittihamlarla bağlı sübutları təqdim etməyə çağırıb.

Tərəflər bu məsələ ilə bağlı sıx əlaqə saxlamağı razılaşdırıblar.

Türkiyədə son günlər ərzində bir neçə amerikalı, həmçinin diplomatik missiyanın əməkdaşları saxlanılıb. Onlar FETÖ ilə əlaqələrdə şübhəli bilinirlər.