“Ofelya” tropik fırtınası qasırğaya cevrilib


Dünya 12 Okt 2017 02:55:06 324 0

“Ofelya” tropik fırtınası qasırğaya cevrilib

Qasırğa rayonunda küləyin sürəti saatda 120 km-dir

ABŞ-ın Qasırğaların Qarşısının Alınması üzrə Milli Mərkəzi (NHC) Atlantik okeanı üzərində formalaşan “Ofelya” tropik fırtınasının gücləndiyini açıqlayıb.

Bu barədə “Report” "RT"-ə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, fırtına artıq qasırğaya çevrilib.  

Qeyd edək ki, hazırda qasırğa rayonunda küləyin maksimal sürəti saatda 120 km təşkil edir. “Ofelya” şərq istiqamətində saatda 4.8 km sürətlə irəliləyir.