Kaliforniyada meşə yanğını qurbanlarının sayı 20-i ötüb


Dünya 11 Okt 2017 23:48:51 313 0

Kaliforniyada meşə yanğını qurbanlarının sayı 20-i ötüb

Yerli yanğınsöndürmə xidmətinin rəhbəri vəziyyətin ağır olduğunu bildirib

Kaliforniyada meşə yanğını qurbanlarının sayı 21 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Ken Pimlott vəziyyətin ağır olduğunu bildirib. “Bu, ciddidir, faciəli hadisədir”-, deyə o qeyd edib.

Qeyd edək ki, daha əvvəl yanğın qurbanlarının sayının 17 nəfər olduğu bildirilirdi.