"Santa-Barbara"nın aktyorları 24 il sonra - fotolar


Şou-biznes 12 Okt 2017 00:00:00 503 0

"Santa-Barbara"nın aktyorları 24 il sonra - fotolar

Bir vaxtların məşhur uzunömürlü serialı olan "Santa-Barbara"nın aktyor və aktrisalarının bugünki həyat və yaradıcılığı bir çox insanlara maraqlıdır.


Axşam.az xarici KİV-ə istinadən 1984-1993-cü illərdə efirdə yayımlanan ekran işinin əsas qəhrəmanları haqda qısa məlumat verir.

Ey Martinsen - serialda Kruz obrazını canlandıran aktyor hazırda da sənətini davam etdirir.



Marsi Uoker - İden xarakterinə həyat verən aktrisa mindən çox seriala çəkilib. Sonradan Marsi Oklahoma ştatında balaca bir şəhərcikdə rahibəliklə məşğul olmağa başlayıb.



Leyn Devis - Meyson kimi tanınan aktyor teatrlarda rol alır.



Robin Matson - serialda Cin obrazında oynayan Robin bir neçə ekran işində də rol alıb.



Robin Rayt  - ekran əsərində Kelli rolunda çıxış edən aktrisanı bu gün də bir çox filmlərdə görmək mümkündür.



Todda Makki - Ted obrazında olan aktyor hazırda "Keçəl və gözəl" (“The Bold and the Beautiful”) serialında oynayır.



Leonardo Di Kaprio  - balaca Meyson xarakterinə həyat verən aktyor hazırda dünyanın ən məşhur simalarından biridir. Leonardo daha çox "Titanik" filmindən sonra şöhrətlənib.



Cedd Allan - serialın ən yadda qalan Sisi obrazı. Bu aktyorun hazırda 78 yaşı var və daha heç bir film və seriala çəkilmir.



Cudit Makkonel - Sofiya obrazında oynayan aktrisanı bu gün daha çox reklam çarxlarında görmək mümkündür.