Ölkəmizdə planlı iqtisadi islahatlar aparılır VİDEO


Digərləri 11 Okt 2017 23:01:00 320 0

Ölkəmizdə planlı iqtisadi islahatlar aparılır  VİDEO

Azərbaycanda iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyub. Dünyada baş verən iqtisadi böhran fonunda ölkədə makroiqtisadi sabitlik təmin edilib və iqtisadiyyatın müxtəlif sahələri üzrə dayanıqlı və davamlı inkişaf təmin edilib. Bütün bunlar isə ölkə rəhbərliyinin siyasi iradəsi ilə sistemli iqtisadi islahatların həyata keçirilməsi ilə mümkün olub. Həmin islahatlar bu gündə uğurla davam etdirilib.

Son.az bildirir ki, 2015-ci ildə dünyada baş verən iqtisadi böhrandan sonra ölkəmizdə iqtisadi islahatlar yeni mərhələyə qədəm qoydu. Sistemli və davamlı iqtisadi islahatlar nəticəsində böhranın ölkəmizə təsirinin qarşısı alındı və iqtisadiyyatın inkişafı təmin edildi.

Prezident Adminstrasiyasının İqtisadi Siyasət və Sənayə məsələləri şöbəsinin sektor müdiri Elxan Mikayılovun sözlərinə görə, islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin edildi, vergi və gömrük sahəsində qanunvericiliyə edilən dəyişikliklərlə ölkəmizdə biznesin daha sürətli inkişafı üçün şərait yaradıldı,sahibkarlar üçün böyük güzəştlər tətbiq edildi.

Ölkəmizdə turizmin inkişafı üçün aparılan islahatlar, Azərbaycandan keçməklə daşının yüklərin artırılması üçün nəqliyyat sektorunq qoyulan vəsaitlər, sahibkarların maliyyə problemlərinin həll edilməsi ilə ölkəmizdə iqtisadiyyatın balanslaşdırılması təmin edildi və neft qiymətlərinin kəskin ucuzlaşmasının iqtisadiyyata təsirinin qarşısı alındı.