Bakıda avtomobildən oğurluq edilib GÖRÜNTÜLƏR YAYILDI VİDEO


Kriminal 11 Okt 2017 22:37:00 370 0

Bakıda avtomobildən oğurluq edilib  GÖRÜNTÜLƏR YAYILDI  VİDEO

Əvvəlcə ətrafa göz gəzidir. Daha sonra isə avtomobilə yaxınlaşmaq istəyir. Kiminsə gəldiyini görüb geri qayıdır. Amma buna baxmayaraq o avtomobildən oğurluq edib qaçır.

Son.az bildirir ki, hadisə günorta vaxtı paytaxtın Yasamal rayonu Balababa Məcidov küçəsində baş verib. Görüntülər isə yaxınlığdakı mağazalardan birinin təhlükəsizlik kameralarına düşüb.

Kadrlardan aydın olur ki, təxminən 20-25 yaşlı bir gənc Nuranə Tağıyevanın avtomobilinə yaxınlaşaraq daşla arxa yan şüşəsini qırır. Daha sonra avtomobilin arxa oturacağında olan çantanı götürüb heçnə olmamış kimi gedir.

Zərərçəkmiş avtomobilinə yaxınlaşarkən hadisədən xəbər tutub. Nuranə Tağıyeva dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə 27-ci polis bölməsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Zərərçəkmiş Nuranə Tağıyevanın sözlərinə görə, çantasında pul, maaş kartı və sənədləri olub. Ümumilikdə isə ona 500 manata yaxın zərər dəyib.