"İtə, pişiyə bu qədər pul töksən, ondan daha populyar olardı..." Ayan VİDEO FOTO


Şou-biznes 11 Okt 2017 22:10:00 374 0

"İtə, pişiyə bu qədər pul töksən, ondan daha populyar olardı..."  Ayan  VİDEO  FOTO

ARB Ulduz-un "Şou məkan" proqramının budəfəki qonağı müğənni Ayan Babakişiyeva olub.

Son.az bildirir ki, Türkiyədə olarkən hər şeyi böyük bir boşluq kimi qəbul edən Ayan Babakişiyeva öz ölkəsinə dönən kimi kim olduğunu bir daha anlayır.

"Son zamanlar hər kəsə deyirəm ki, elə bil nə edirəmsə, hər şey boşdur. Sanki, özümü hələ tapa bilməmişəm. Bura gələndə hiss edirəm ki, Ayanam mən. Rahat oluram. Türkiyədə olanda ciddi olmağa çalışıram. Ancaq alınmır. Bura gələndə özüməm. Düzdür, orda da rahatam. Çünki orda istədiyim vaxt harda istəyirəm otura bilirəm, necə istəyirəm yemək yeyə bilirəm, piyada gəzə bilirəm. Avtomobili hardasa park edirəm, işimin arxasınca rahat gedə bilirəm. Burda getdiyin yerdə bilirsən ki, maşını evakuator gəlib aparacaq, yenə də həmin məkanın bir metrliyində saxlayırsan ki, ordan ora piyada getməyəsən. Belə olanda deyəcəklər ki, bunun artıq maşını yoxdur".

Bütün məsləhətləri anasından alıb, hətta ondan icazəsiz bir addım belə atmayan müğənni anasının onun həyatında böyük rolu olduğunu söylədi.

"Bu o demək deyil ki, mən anamdan qorxuram. Sadəcə mən belə öyrəşmişəm. O məni çox rahat öyrəşdirib. Ondan soruşuram ki, bunu necə eləsəm, yaxşı olar? Deyir, bilmirəm, özün bilən məsləhətdir. Deyirəm, yox ey sən de, mən bilim. 5 manat pul xərcləyəndə belə deyirəm ki, bu pulu xərcləyirəm ha, xəbərin olsun. Halbuki, mən qazanıram. Nə isə səhv addım atıram, heç anama demirəm. Görürəm ki, ziyan tapıram. Anam mənə bunu qüsur tutmur ki, gördün mənə məsləhət etmədin. Özün məsləhət bildim, səhv etdin, səhvini də özün düzəldəcəksən".

Ayan, artıq Azərbaycandan uzaqdasan. Ordan baxanda yerli şou-biznes ümumiyyətlə, zərrə qədər belə olsun görünürmü?

"Kənardan baxanda şou-biznes sadəcə 0 dərəcəsində görünür. Nə şousu var, nə biznesi. Bilmirsən nə iş görürlər, nə etmək istəyirlər. Mahnı çıxarırlar, ancaq tutmur, effekt vermir. Sadəcə ad var deyə yaşayırlar. Mən burda qalıb o həyatı yaşamaq istəmirdim".

Uzaqdan baxdıqca yerli şou-biznesə komediya filminə baxırmış kimi baxıb gülən Ayan daha nələri açıqladı, diqqətiniz bizdə olsun?


Xəbərə aid fotolar