Şagirdlər TƏHLÜKƏDƏ: Nişan olsa da, piyada zolağı yoxdur VİDEO


Digərləri 11 Okt 2017 21:45:00 309 0

Şagirdlər TƏHLÜKƏDƏ: Nişan olsa da, piyada zolağı yoxdur  VİDEO

Balaca Rahilə kimi bir çox uşaq oxuduğu məktəbə getməkdə çətinlik çəkirlər. Səbəb ərazidə piyada zolağının olmamasıdır.

Son.az bildirir ki, görüntülər paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsindədir. Sözügedən küçədə 141 saylı məktəbin qarşısında piyda nişanı olsa da yolda zolaq yoxdur. Bu da bir çox sürücünü çaşdırır. Valideyinlərin sözlərinə görə, zolaq olmadığı üçün sürücülər məktəbə gedən uşaqlara yol vermirlər.

Sakinlərin sözlərinə görə, bir müddət əvvəl əraziyə piyada keçidini olduğunu bildirən nişanlar qoyulsa da, asfalta zolaq çəkilməyib. Bu da məktəb yolunda çətinliklərə səbəb olur. Ərazidə olduğumuz müddətdə də şahidi olduq ki, balaca məktəblilər həyatlarını təhlükəyə ataraq sürətlə şütüyən avtomobillərin arasından qaçaraq yolu keçirlər. Böyük əksəriyyətini isə valideyinləri keçirir.

Bənzər vəziyyət paytaxtın Sabunçu rayonu Məmmədyarova küçəsində, yanaşı yerləşən 80 və 310 nömrəli məktəbin qarşısında da yaşanır. Burda nə keçidi bildirən nişan, nədə ki zolaq var. Şagirdlər yolu keçmək üçün böyük çətinlik çəkir.