Çox şokolad yeyənlər Nobel alır


Digərləri 11 Okt 2017 21:18:00 326 0

Çox şokolad yeyənlər Nobel alır

Bir ölkədə nə qədər çox şokolad istehsal edilirsə, o ölkədən Nobel mükafatı qazananın çıxma ehtimalı bir o qədər çoxdur.

Bu, artıq təsdiqlənmiş məlumatdır. İsveçrə isə bu məsələdə ilk sırada yer alır.

Son.az musavat.com-a istinadən bildirir ki, Nyu-Yorkun Kolumbiya Universitetindən doktor Franz Messerlinin araşdırmasına görə, insanların qidalanma tərzi ilə onun zəkası, intellektual səviyyəsi arasında birbaşa bağlılıq var. Məsələn, kakao çəyirdəyi, yaşıl çay və qırmızı şərabın tərkibindəki antioksidan flavonoid maddəsi xərifləmə riskini azaldır, yaşlı insanlarda zehni fəaliyyətinin güclənməsini təmin edir. Messerli deyib ki, bir toplumun ağıl səviyyəsini araşdırmaq mümkün olmasa da, Nobel mükafatı alanlardan çıxış edərək, həmin toplumun zəka səviyyəsi haqda təsəvvürə malik olmaq mümkündür. Onun sözlərinə görə, adam başına şokolad istehlakı ilə Nobel mükafatı qazananların sayı arasında bir əlaqə var. İsveçrə həm şokolad istehlakı, həm də Nobel mükafatı qazananlar sırasında ilk yerlərdə dayanır. ABŞ, Fransa və Almaniya orta, Çin, Yaponiya və Braziliya isə alt sıralarda yer alır.