Əgər səhərlər 4 stəkan su içirsinizsə...


Digərləri 11 Okt 2017 21:12:00 298 0

Əgər səhərlər 4 stəkan su içirsinizsə...

Çox qədim tarixi olan yapon su terapiyası bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Son.az musavat.com-a istinadən bildirir ki, yapon su terapiyası qastrit, diabet, yüksək təzyiq, astma, qəbzlik, ishal, göz xəstəlikləri, babasil, bronxit, vərəm, ürək problemləri, epilepsiya, qulaq-burun-boğaz xəstəlikləri, artrit, xərçəng, menstruasiya nizamsızlığı, böyrək və sidik yolları narahatlıqları kimi bir çox olduqca ciddi və yayılmış xəstəliklərlə mübarizədə istifadə edilən üsuldur.

Boş mədəyə su içməklə başlayan yapon su terapiyası səhər yuxudan oyanan kimi ilk iş olaraq yerinə yetirilməlidir. Dişlərinizi fırçalamazdan əvvəl 640 ml. (təxminən 4 stəkan) su için. Suyun florid tərkibli olmamasına diqqət yetirin. Dişlərinizi fırçalayıb ağzınızı təmizləyin. Amma 45 dəqiqə heç bir şey yemək olmaz. Ondan sonra hər zamankı kimi səhər yeməyinizi yeyin. Səhər yeməyindən sonra iki saat heç nə yeməyin. Yapon ənənələrinə görə, su bir az ilıq olmalıdır, nə soyuq, nə də otaq istiliyində olmamalıdır. Uzaq Şərqdə insanlar yemək zamanı heç vaxt soyuq su içmirlər. Bunun yerinə isti çay tövsiyə edilir.