Azərbaycanda yeni cəza növləri tətbiq ediləcək


Digərləri 11 Okt 2017 20:40:00 325 0

Azərbaycanda yeni cəza növləri tətbiq ediləcək

Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağa görə, yeni cəza növləri tətbiq ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qəsdən sağlamlığa yüngül zərər vurmağa görə cəza növlərinə iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətdə azadlığın məhdudlaşdırılması da əlavə edilir.