Filin başında sevişən quşlar" Uşaq jurnalında qəribə dialoq


Digərləri 11 Okt 2017 20:32:00 348 0

Filin başında sevişən quşlar"  Uşaq jurnalında qəribə dialoq

..."-İki dənə quş mənim başımda nə edir?

   -Onlar sevişirlər"...

Fillə donuz balası arasında illüstrasiyalı, erotik məzmunlu bu dialoq azyaşlılar üçün nəzərdə tutulan "Qaranquş" jurnalında dərc olunub. Son.az virtualaz.org-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri bu günlərdə jurnaldan həmin səhifənin fotosunu paylaşıb. Foto Azərbaycanda onsuz da bərbad durumda olan dərs vəsaitləri ilə bağlı narazılıqların fonunda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Axı filin başına qonub sevişən quşlar haqda öyrənmək azyaşlıların nəyinə lazımdır?

Jurnalın təmsilçisi Aysel Zahidqızı tənqidlərə elə sosial şəbəkələr üzərindən cavab verib. Xanım Zahidqızının fikrincə, nağıl azyaşlılar üçün nəzərdə tutulduğundan "sevişmə" ifadəsinin açmasını valideyn övladına özü başa düşdüyü kimi çatdırmalıdır: "Hər bir valideynin kitab alarkən seçim imkanı var. Bizim kitablarımız dünyaca məşhur uşaq yazarlarının ana dilimizə tərcümə olunmuş kitablarıdır. Haqqında danışılan kitab uşaq yazarı kimi mükafat qazanmış məşhur amerikalı yazarın kitabıdır. Ana dilimizə tərcüməsində "sevişirlər" ifadəsi ayıb sayılır, əslində "onlar bir-birilərini çox sevir" anlamındadır. Kitabın uşağa necə çatdırılması valideyndən asılıdır".    

Zahidqızı düşünür ki, uşağın leyləklər vasitəsilə dünyaya gəldiyini izah edən valideynlər üçün bu qəbuledilməz səhv kimi görünə bilər. Amma onsuz da uşaqlar müəyyən prosesləri televizorda, cizgi filmlərində görürlər.

Digər nağıllar nə gündədir

Virtualaz.org saytı isə xatırladır ki, təkcə fillə donuz balasının dostluğundan bəhs edən bu nağılda deyil,  tərcümə olunmuş digər nağıl və hekayələrdə də dilimiz üçün yad və ya qeyri-etik ifadələrə tez-tez rast gəlirik, zorakılıq səhnələri olduğu kimi verilir. Amma problem bununla bitmir, Azərbaycan xalq nağılları nümunələrinin əksəriyyəti redaktə olunmadan çap edilir. Müasir müəlliflər tərəfindən yazılan nağıl və ya hekayələrin əksəriyyəti bəsit, anlaşılmazdır. Bəzi ədəbiyyat nümunələrində uşaqlara açıq-aşkar zorakılıq aşılanır. Elə bu problemlərə görə də övladına kitab sevgisi aşılamaq istəyən valideynlərin seçim imkanı məhduddur.

Hazırda kitab mağazalarında 1 nağıldan ibarət olan 1 manat 50 qəpiklik kitablardan tutmuş 25 manatlıq antologiya, nağıllar toplusuna qədər həm xarici, həm də yerli müəlliflərin kitabları satılır. Amma valideynlər övladları üçün nağıl və ya bədii əsər almaqda çətinlik çəkirlər.

Valideyn Xəyalə Məmmədova deyir ki, 4 və 6 yaşlı oğlanları üçün kitab seçə bilmir. Nağıl kitablarını əvvəlcə özü oxuyur, sonra uşağın başa düşəcəyi tərzdə danışır. Məsələn, "Göyçək Fatimə" nağılı müxtəlif versiyada işlənilib. Guya ki, yenilik ediblər. Fatimənin ögey bacısı ayaq barmağını kəsməklə başmağı geyinməyə, padşah oğluna ərə getməyə çalışır. Başqa bir nağılda pislik edən qızın başını qırxırlar, atın quyruğuna bağlayıb sürüyürlər. Sanki pislik edən mütləq əzabla öldürülməlidir",-Xəyalə şikayətlənir.

Daha bir problem tərcümə ilə bağlıdır, xarici yazarların kitabları tərcümə edilərkən anlaşılmazlıq yaranır. Məsələn, "Ərciyəzim neyləsə xoşdur" nağılında əslində qadının həyat yoldaşına inamından, sədaqətindən bəhs edilir. Amma tərcümə nağılın mənasını tam anlaşılmaz edib. Türk dilində "kocacığım" ifadəsi olsa da, dilimizdə "ərciyəzim" sözü yoxdur, heç kim evində həyat yoldaşına əzizləmə mənasında belə "ərciyəzim" demir. Əksinə bu ifadə bizdə kişini alçaltma, təhqir etmə kimi yozula bilər.

Uşağı iki yerə parçalayıb itə atmağı kim təbliğ edir?

Valideynləri, elə müəllim və ekspertləri narahat edən məsələlərdən biri  də uşaqlarda qorxu, həyəcana səbəb olan nağıllardır. Məsələn,  "Qanun" nəşriyyatının nəşr etdiyi "Göy muncuq" nağılından kiçik bir hissəni yada salaq:

"Kişinin balaca bir oğlu var idi. Birdən bu başladı ağlamağa. Kişi nə qədər elədi oğlan kirimədi. Kişi dedi:

- Göy Muncuq dur "mını" çıxart çölə, səsini kəssin.

Göy Muncuq bunu apardı çölə. 2 qılçasından tutub dartdı, 2 bölüb yarısını bu itə atdı, yarısını o biri itə atdı. Beləcə, nadinclik edən uşağın axırı ölüm oldu.