Aleksandr Rar: AŞ PA Qərbin inkvizisiyasıdır


Digərləri 11 Okt 2017 20:25:59 300 0

Aleksandr Rar: AŞ PA Qərbin inkvizisiyasıdır

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Qərbin inkvizisiyasıdır və hesab edir ki, proseslərə müdaxilə etmək, eyni zamanda üzv dövlətlərin daxili siyasətinə qarışmaq hüququ var.

Bakı. Ləman Zeynalova - Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Qərbin inkvizisiyasıdır və hesab edir ki, proseslərə müdaxilə etmək, eyni zamanda üzv dövlətlərin daxili siyasətinə qarışmaq hüququ var. Bunu Trend-ə məşhur alman politoloqu Aleksandr Rar AŞ PA-nın bu gün Azərbaycanla bağlı qəbul etdiyi məruzələrə münasibət bildirərkən deyib: "Belə vəziyyət Avropa üçün xarakterikdir və bu, intensivləşəcək". Eyni zamanda politoloq hesab edir ki, bu sənədlərin qəbul edilməsi AŞ PA ilə Azərbaycan arasında münasibətlərə təsir göstərməyəcək. Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr qəbul edilib.