Yeni yaradılan Fond bu şəxslərə maddi yardım göstərəcək


Digərləri 11 Okt 2017 20:11:00 367 0

Yeni yaradılan Fond bu şəxslərə maddi yardım göstərəcək

Azərbaycanda yeni yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu şəhid ailələrinə və müharibə əlillərinə maddi yardım göstərəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsində deyilir.

Qeyd olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək Fond ictimai faydalı məqsədlər güdən fəaliyyətlə, habelə Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları olacaq.

Fondun fəaliyyətinin məqsədi Azərbaycanda dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.

Mənəvi Dəyərlərin Təbliği Fondu aşağıdakı istiqamətlərdə layihələrin həyata keçirilməsinə maliyyə təminatı yaratmaq üçün tədbirlər görür: