Xalq artistinin etirafları: "Günahlarım yadıma düşəndə tər basır"


Şou-biznes 11 Okt 2017 20:12:00 452 0

Xalq artistinin etirafları: "Günahlarım yadıma düşəndə tər basır"

Xalq artisti Ramiz Novruz bildirib ki, günahları yadına düşəndə onu tər basır və çox utanır.

Son.az xəbər verir ki, publika.az-ın "Üç nöqtə" layihəsində etiraflarını dilə gətirən aktyor hesab edir ki, həyatda ən böyük səhvi dostluğa layiq olmayan insanları dost bilməsidir.

Layihəmizin yarım qalmış cümlələrini tamamlayan R.Novruz onu narahat edən məqamlara toxunub.

- İndiki ağlım olsaydı... - Yenə bu sənətə gələrdim.

- Zəmanət verə bilərəm ki... - Azərbaycan kinosu uğurla inkişaf edir.

- Dünyanı dəyişmək imkanım olsaydı... - Əgər belə imkan olsaydı, birinci növbədə Azərbaycanın ərazi bütövlüyünü təmin edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki... - Gözəl qadın çoxdur, xəyanət etməmək mümkün deyil.

- Seviləsi qadın olmağın ilkin şərti... - Səmimi və dürüst olsun yetər.

- Qadınlar yaşını ona görə gizlədir ki... - Çünki onlar həmişə gəncdilər.

- Qadına qarşı şiddət... - Kişinin ən zəif cəhətidir.

- Vicdanıma and olsun ki... - İşimə xəyanət etməmişəm.

- Təəssüf edirəm ki... - Teatr və kinomuz dünya çapında ən uğurlu işlərini hələ təqdim edə bilməyib.

- Vanqa nənə ilə görüşsəydim... - Soruşardım ki, biz bu murdar qonşularımızdan nə vaxt xilas olacağıq?

- Küsülü olduğum insana demək istəyirəm ki... - O səhv edib, cılız hisslərlə yaşamasın.