Səkkiz ay ərzində turistlər Azərbaycanda nə qədər xərclədi?


Digərləri 11 Okt 2017 20:04:00 295 0

Səkkiz ay ərzində turistlər Azərbaycanda nə qədər xərclədi?

Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb.

Mədəniyyət və Turizm Nazirliyindən Son.az-a verilən məlumata görə, bunu nazir Əbülfəs Qarayev Turizm Şurasının növbəti iclasında deyib.

Onun sözlərinə görə, bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər təşkil edib:

"Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon manatdan çox olub. Ümumilikdə isə cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat vəsait xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub. Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir".