Serxio Aquero məşqləri bərpa edib


İdman 11 Okt 2017 20:03:00 441 0

Serxio Aquero məşqləri bərpa edib

Sentyabrın 30-da avtomobil qəzasına düşən Serxio Aquero məşqləri bərpa edib. Goal.az xəbər verir ki, qabırğası zədələnən argentinalı forvard yüngül çalışmalarla kifayətlənib. Təcrübəli futbolçu Amsterdam hava limanına gedərkən onun olduğu taksi başqa avtomobillə toqquşmuşdu. Aqueronun ilk öncə 2 ay meydana çıxmayacağı ehtimal olunurdu. 29 yaşlı hücumçu "Manchester City"nin tarixində ən məhsuldar futbolçu ola bilər. O, hazırki rekordçu Erik Brukdan (177 qol) 1 qol geri qalır.