Arturo Vidal milli karyerasını başa vurdu


Dünya 11 Okt 2017 19:48:00 338 0

Arturo Vidal milli karyerasını başa vurdu

Arturo Vidal Çili millisində karyerasını başa vurduğunu açıqlayıb.

Son.az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə Çilinin ardıcıl 2 Amerika Kubokuna sahib çıxmasını xatırlayaraq azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib.

"Uşaqlar, bu illər ərzində birlikdə etdiyim hər şeyə, meydanda can qoyduğumuza, ölkəyə və bir-birimizə çox şey öyrətdiyimizə görə sizə minnətdaram. Özümü məyus hiss edirəm. Amma bu futbolçular və məşqçi heyəti ilə fəxr edirəm".