"Barcelona"nın gəliri rekord həddə çatdı


İdman 11 Okt 2017 19:16:00 330 0

"Barcelona"nın gəliri rekord həddə çatdı

“Barcelona” klubu 2016/2017 mövsümündə rekord məbləğdə gəlir əldə edib. Goal.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi “Twitter” hesabında məlumat yerləşdirilib. Bildirilir ki, klubun qazancı 708 milyon avro olub. Xərclər isə 677 milyon avro təşkil edib. Başqa sözlə, klub 31 milyon avro xalis mənfəət əldə edib.

Qeyd edək ki, “Barcelona” 2015/2016 mövsümündə 679 milyon avro gəlir götürüb. Kataloniya təmsilçisi bu yay braziliyalı Neymarı Fransa PSG-sinə 222 milyon avroya satmaqla yeni rekord müəyyənləşdirib.