Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi FOTO


Kriminal 11 Okt 2017 19:06:00 404 0

Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi  FOTO

Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi.

Son.az xəbər verir ki, oktyabrın 10-da "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar, Əməkdar İncəsənət Xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi.

Gecə "Gunəşli səhər" kinofilmindən kompazisiya ilə açıldı. Tədbirdə Xalq artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun "Qaytağı" instrumental ansamblı cixiş etdi.

Gecədə Əməkdar artist Lalə Məmmədova, Əməkdar artist Səbinə Əsədova, Adil Axundov  və başqalarıda çıxış etdilər. Bəstəkarın tanınmış və çox sevimli əsərləri səsləndi. Gecə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.


Xəbərə aid fotolar