Atasız böyüyən məşhurlar


Dünya 11 Okt 2017 18:54:00 321 0

Atasız böyüyən məşhurlar

Son.az axşam.az-a istinadən ataları ilə yola getməyən məşhurların adlarını və hadisənin baş vermə səbəblərini təqdim edir: Ajda Pekkan - şəxsi həyatı haqda danışmağı sevməyən və bununla gündəmdə olmayan müğənni verilişlərdən birində ailəsi barədə açıqlama verib. O, uşaqlıqdan anası ilə böyüdüyünü bildirib: "Yadımdadır, atam dənizçi işləyirdi. Bir gün mənə gəlincik və səs yazan aparat almışdı. Hər gün mahnılar oxuyub səsimi ora yazırdım. Sonra valideynlərim boşanmaq qərarı verdilər. Anamla qalası oldum. Bir gün atam gəldi və dedi ki, ya mənimlə gedirsən, ya da sənə aldığım gəlincik və aparatı geri verirsən. O vaxtdan düşündüm ki, nəyi isə verim, onu sonradan geri istəyən insanları həyatımda görməsəm yaxşıdır".

Ebru Gündeş - əri Rza Zərrab tutulduqdan sonra çətin günlər keçirən ifaçı övladının atası böyüməsini istəmədiyini vurğulayıb. Özü də uşaq ikən atasız qalıb. Səhnəyə yeni gəldikdə atası barədə suallara "öldü" deyə cavab verən sənətçi hadqa həqiqi məlumatlar sonradan ortaya çıxıb. Məlum olub ki, Ebru uşaq ikən atası onları atıb gedib və Gündeş şöhrət qazandıqda ortaya çıxıb. Ona görə müğənni atasını uzun müddət bağışlamayıb. Lakin son illər atasının açınacaqlı vəziyyətdə yaşadığını öyrənən Ebru ona aylıq maaş ayırıb.

Esra Balamir - uzun müddət atası ilə problem yaşayan aktrisa onun adını belə eşitmək istəməyib. Verilişlərdən birində qonaq olan Esra atası ilə bağlı başına gələnləri danışıb və az sonra atasının öldüyünü eşidərək göz yaşlarına boğulub.