MDB icra katibi: Ukrayna üzvlük haqqını ödəmir


Dünya 11 Okt 2017 18:47:50 443 0

MDB icra katibi: Ukrayna üzvlük haqqını ödəmir

Sergey Lebedev: "Ukraynadan MDB-dən çıxmağa dair rəsmi müraciət daxil olmayıb"

Ukraynadan Müstəqil Dövlətlər Birliyidən (MDB) çıxmağa dair rəsmi müraciət daxil olmayıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə MDB icraiyyə komitəsinin sədri - icra katibi Sergey Lebedev deyib.

Onun sözlərinə görə, Ukrayna əvvəlkitək MDB xətti ilə bəzi tədbirlərdə iştirak edir, lakin bu, de-fakto - passiv iştirakdır.

Sergey Lebedev Kiyevin təşkilata üzvlük haqqının ödəmədiyini deyib.

"Bu isə bizim orqanlarda iştirakı müəyyən dərəcədə çətinləşdirir və Birliyə üzv digər ölkələr arasında müəyyən neqativ reaksiya yaradır", - S.Lebedev deyib.