"Türkiyənin dünya çempionatından kənarda qalması mənim günahımdır"


İdman 11 Okt 2017 18:40:00 442 0

"Türkiyənin dünya çempionatından kənarda qalması mənim günahımdır"

Türkiyənin baş məşqçisi Mirça Luçesku Rumıniya mətbuatına açıqlama verib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Mən təcrübəli futbolçulara etimad göstərdim, onlar da komandaya kömək etdilər. Bu oyunlardan nəticə çıxarmaq lazımdır. Komandanın psixoloji baxımdan problemi var. Bəzi futbolçular isə öz klublarında tez-tez meydana çıxmırlar. Bu səbəbdən rəqiblərə fiziki aspektdən də uduzduq. Onlar daha çox qaçır, hərəkət edirdi. Bu oyunlara hazırlaşmaq üçün vaxt da az idi. 3 günə nəyisə əsaslı dəyişmək olmur. Klublar milli komanda üzvlərinə daha böyük diqqət yetirməlidir. Amma Türkiyənin dünya çempionatından kənarda qalması mənim günahımdır.Futbolçuların bunda təqsiri yoxdur".

Türkiyə Futbol Federasiyası rumın mütəxəsisə güvəndiyini və istefadan söhbət belə getmədiyini qeyd edib.