Ceyhun Bakinski Hind şahzadəsi olacaq: "Bollywood Night"dan "Bobbi" filmi sürprizi VİDEO


Digərləri 11 Okt 2017 18:30:00 426 0

Ceyhun Bakinski Hind şahzadəsi olacaq: "Bollywood Night"dan "Bobbi" filmi sürprizi  VİDEO

Populyar şanson ifaçısı Ceyhun Bakinski noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək möhtəşəm "Bollywood Night" bayramının qonağı olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Bollywood Night" Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) dəstəyi ilə "Full House Entertainment" tərəfindən təşkil edilib.

C. Bakinski məşhur "Bobbi" filmindən "Main Shayar To Nahi" mahnısını ifa edəcək. Milyonların xitinə çevrilmiş bu mahnını filmdə Rişi Kapur oxuyub. Hazırda C. Bakinski kompozisiyanın yeni versiyasını hazırlayır. Videoda demo-versiya təqdim edilib. Müğənni səhnəyə Hind şahzadəsi obrazında çıxacaq.

"Bollywood Night" Azərbaycan və hind estrada ulduzlarının iştirakı ilə keçiriləcək, iki ölkənin ənənəvi geyimlərindən ibarət "Fashion Show" təqdim

olunacaq. Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Qonaqlar arasında "hind Madonnası" və "Hindistanın pop-musiqisinin kraliçası" adlandırılan hind estradasının ulduzu Alişa Çinay da var. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir.  Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, "Disko rəqqası", "Oyna-oyna", "Cənab Hindistan" və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

"Bollywood Night" Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub.

Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng "Food & Shopping Festival" bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Daha ətraflı:   https://www.facebook.com/bollywoodnight.in

/