Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirilib (FOTO)


Digərləri 11 Okt 2017 18:21:00 341 0

Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirilib

Bakı. “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar, əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirilib. Trend-in məlumatına görə, gecə “Gunəşli səhər” kinofilmindən kompazisiya ilə açılıb. Tədbirdə xalq artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblı çıxış edib. Gecədə əməkdar artist Lalə Məmmədova, əməkdar artist Səbinə Əsədova, Adil Axundov və başqaları çıxış ediblər. Bəstəkarın tanınmış və çox sevimli əsərləri səslənib. Gecə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.