Kitabxana işçiləri uşaq sığınacağının qonağı olub FOTO


Digərləri 11 Okt 2017 18:18:00 383 0

Kitabxana işçiləri uşaq sığınacağının qonağı olub  FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeçiliyində olan Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Ümid yeri" uşaq sığınacağında uşaqların sevimli nənəsi Gülzar İbrahimova ilə görüş keçirib.

Son.az xəbər verir ki, tədbirdə "Ümid yeri" uşaq sığınacağının müəllim və uşaqları, eləcə də Xəzər rayon MKS-in kollektivi iştirak edib.

Ümid yeri uşaq sığınacağının direktoru N. Mənsimova çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib.  Gülzar nənə uşaqlara milli nağıllarımızı və öz şeirlərini oxuyub, onlarla müxtəlif interaktiv, əyləncəli oyunlar keçirib. Sonda uşaqlara kitablar hədiyyə olunub.


Xəbərə aid fotolar