Aİ İraq və Suriyada döyüşən, təxminən, 8 min əcnəbi yaraqlının kimliyini müəyyənləşdirib


Dünya 11 Okt 2017 18:01:45 337 0

Aİ İraq və Suriyada döyüşən, təxminən, 8 min əcnəbi yaraqlının kimliyini müəyyənləşdirib

Təhlükəsizlik üzrə Avropa komissarı: "Yaraqlıların bir hissəsi, güman ki, artıq İraq və Suriyada ölüb"

Avropa İttifaqı (Aİ), təxminən, 8 min əcnəbi yaraqlının kimliyini müəyyənləşdirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik komissarı Yulian Kinq Avropa Parlamentinin Aİ səviyyəsində (TERR) qəbul edilən terrorizmlə mübarizə tədbirlərinə nəzarət komissiyasının Brüsseldəki iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, yaraqlıların bir hissəsi, güman ki, artıq İraq və Suriyada ölüb. Komissar digər yaraqlıların ya Avropaya qayıtmaq istədiklərini, ya da artıq qayıtdıqlarını bildirib.