Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşası olacaq


Digərləri 11 Okt 2017 17:53:53 253 0

Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşası olacaq

Opera və Balet Teatrında oktyabrın 21-də Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşası olacaq.

Bakı. Oktyabrın 21-də Opera və Balet Teatrında Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşası olacaq. Teatrdan Trend-ə verilən məlumata görə, baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün, görkəmli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq. İstedadlı müğənni Opera və Balet Teatrının solisti olduğu illərdə onun repertuarındakı ən populyar partiyalardan biri də Aslan şah rolu olub. Teatr oktyabrın 21-də baş tutacaq tamaşanı müğənninin 75 illik yubilyinə həsr edib. Tamaşada əsas partiyaları əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), İlahə Əfəndiyeva (Gülzar), Cahangir Qurbanov (Aslan şah", Afaq Ağayeva (Ərəbzəngi) ifa edəcəklər. Dirijor əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.