Avropa zonasından seçmə mərhələdə məhsuldar ötürmə verən yeganə qapıçı


İdman 11 Okt 2017 17:41:00 363 0

Avropa zonasından seçmə mərhələdə məhsuldar ötürmə verən yeganə qapıçı

DÇ-2018-in Avropa zonası üçün seçmə mərhələsi başa çatıb. təsnifat mərhələsinin statistik məlumatları da hazırlanıb. Goal.az xəbər verir ki, Asmir Beqoviç seçmə mərhələdə məhsuldar ötürmə verən yeganə qapıçı olub. 30 yaşlı qolkiper Bosniya Hertzeqovina - Belçika (3:4) qarşılaşmasında Edin Vişşanın fərqlənməsinə şərait yaratmışdı.

Seçmə raundda ən çox qol vuran komandalar Almaniya və Belçika olub - 43 qol. Ən məhsuldar futbolçu isə 16 qolla Robert Levandovski olub. Portuqaliyanın kapitanı Kriştianu Ronaldo ondan 1 top az vurub.