Dəməşq yenə "partladı" - İntiharçı terrorçular öldü


Digərləri 11 Okt 2017 17:30:00 258 0

Dəməşq yenə "partladı" - İntiharçı terrorçular öldü

Suriyanın paytaxtı Dəməşqdə iki intiharçı terrorçu partlayış törədib

Bakı. Suriyanın paytaxtı Dəməşqdə iki intiharçı terrorçu partlayış törədib. Trend-in məlumatına görə, polis məntəqəsinin yaxınlığında ard-arda iki partlayış baş verib. Qeyd olunur ki, terrorçular məntəqəyə hücum etmək istəyərkən, onların qarşısı alınıb və həmin an onlar özlərini partladıb. Partlayış nəticəsində 2 terrorçudan başqa da, ölən və yaralananların olduğu deyilir.