"Payız Kolleksiyası" adlı Kids Fashion Show yarışması keçiriləcək


Digərləri 11 Okt 2017 17:22:00 392 0

"Payız Kolleksiyası" adlı  Kids Fashion Show yarışması keçiriləcək

15 oktyabr tarixində "Pullman Hotels and Resorts" otelində " Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Payız Kolleksiyası" adlı  Kids Fashion Show yarışması keçiriləcək.

Son.az xəbər verir ki, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edəcək.

"Payız Kolleksiyasına"həsr olunmuş tədbirdə 70 model və 27 modelyer iştirak edir. Modellərin 37 qız, 33 oğlan oldu. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər,xalq artistləri və əməkdar artistlər iştirak edecəklər. Tədbirin layihə rəhbəri " Star Kids Group MMC" şirkətinin Direktoru Aygün Əliyevadır.