Rəşad Sadıqov "Range Rover"lə qəzaya düşdü


Digərləri 11 Okt 2017 17:26:00 361 0

Rəşad Sadıqov "Range Rover"lə qəzaya düşdü

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, "Neftçi" ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin "Range Rover" markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb.

Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.