Akif Əlizadə: Xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir


Digərləri 11 Okt 2017 17:15:00 287 0

Akif Əlizadə: Xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir

Təəssüf ki, xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir.

Bakı. İlhamə İsabalayeva - Təəssüf ki, xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir. Trend -in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. A.Əlizadə xaricdəki Azərbaycan alimlərinin imkanlarından istifadə etmək istədiklərini deyib: "Çox istərdik ki, onların imkanlarından istifadə edək. Amma buna nail ola bilməmişik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Biz diasporlarımızdakı alimlərimizi buraya dəvət edib məruzələrini dinləyək ". AMEA-nın akademik katibi Rasim Əliquliyev deyib ki, alimlər üçün gənclik yaşının 35-dən 29-a endirilməsi lazımdır: "Bəzi ölkələrdə hər bir peşə üçün differensiyallaşdırılmış gənclik yaşı tətbiq edilir".