Maqnit qasırğası artıq başladı


Digərləri 11 Okt 2017 16:48:00 326 0

Maqnit qasırğası artıq başladı

Dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb və G1 səviyyəsindədir.

Son.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

E.Babayevin sözlərinə görə, geomaqnit indeksi Kp-nin qiyməti artıq 5-ə çatıb: "Qasırğa gün ərzində davam edəcək. Günəş plazma küləyinin sürəti artqı 400 km/san-dir ve getdikcə artmaqdadır.

Planetlərarası maqnit sahəsinin Z komponentinin cənuba doğru yönəlməsi həyəcanlaşmanı daha da artırır. Bu dəfəki qasırğa yuxarı en dairələrində daha çox hiss ediləcək".