Vaqif Mustafayev Honq Konq Televiziyasının müşaviri təyin olundu


Digərləri 11 Okt 2017 16:25:00 432 0

Vaqif Mustafayev Honq Konq Televiziyasının müşaviri təyin olundu

Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti, "Space" teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honq Konq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı bu gün Bakıda keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Rusiyanın Azərbaycandakı Vladimir Doroxin, Çin və Ukraynanın Azərbaycandakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.

Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə "Soqlasiya" Qızıl Ordeni V.Mustafayevə təqdim olunub.

Eyni zamanda, V.Mustafayev Azərbaycan və Çin arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin Fəxri fərmanı ilə təltif olunub.

Qeyd edək ki, Avrasiya Televiziya və Radio Akademiyasının xətti ilə, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə V.Mustafayevin rejisoru və ssenari müəllifi olacağı "Kambey" filminin çəkilişi razılaşdırılıb.

V.Mustafayev Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Honq Konq Televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.