Divizion klubları cəzalandı


İdman 11 Okt 2017 16:19:00 336 0

Divizion klubları cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Goal.az xəbər verir ki, iclasda birinci divizionun 2-ci turunda qeydə alınmış qayda pozuntularına baxılıb. Komitə 2-ci turda baş vermiş qayda pozuntularına görə ümumilikdə birinci divizion klublarını 200 manat məbləğində cəzalandırıb.

“Xəzər” - “Turan Tovuz” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Şüvəlan” - “Ağsu” qarşılaşmasında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə ödəməli olacaq. Oyunun 79-cu dəqiqəsində “Şüvəlan”ın futbolçusu Vadim Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Mil-Muğan” - “Binə” matçının 90+3-cü dəqiqəsində qəsəbə təmsilçisinin futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 20 manat cərimə ödəyəcək.