Azərbaycan alimi yeni vaksin əldə etdi


Digərləri 11 Okt 2017 16:01:00 353 0

Azərbaycan alimi yeni vaksin əldə etdi

"Azərbaycan Milli Elmlər Akademiyasında ilk dəfə olaraq molekulyar bio texnologiyadan istifadə etməklə qarşı bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub".

Mili.Az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov "Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye fermentlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya" mövzusunda elmi məruzə ilə çıxışı zamanı deyib .

T.Məmmədov bildirib ki, vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkili müasir dövrün ən mühüm problemlərindəndir.