Lotereya bileti oğurladı - 10 min avro uddu


Digərləri 11 Okt 2017 15:31:00 340 0

Lotereya bileti oğurladı - 10 min avro uddu

İtaliyanın Milan şəhərində bir şəxsin oğurladığı lotereya biletlərindən biri uduşlu olub.

Bakı. Orxan Nəbiyev - İtaliyanın Milan şəhərində bir şəxsin oğurladığı lotereya biletlərindən biri uduşlu olub. Trend-in məlumatına görə, 44 yaşlı şəxs mağazadan bir neçə “poz-qazan” lotereya bileti oğurlayıb. Onlardan birində 10 min avro məbləğində uduş çıxıb. Təhlükəsizlik kameralarına düşən şəxs isə qısa müddət sonra polis tərəfindən saxlanılıb.