DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib


Sosial 11 Okt 2017 15:20:31 342 0

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

Oktyabrın 12-dən noyabrın 10-dək qeydiyyat aparılacaq

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın yaradılması prosesinə başlanılıb.

Komitənin Mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılıb. Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.

Belə ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi üçün cari il oktyabrın 12-dən noyabrın 10-dək qeydiyyat aparılacaq.

Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

namizədin şəxsiyyət vəsiqəsinin surəti;

namizədin tərcümeyi-halı;

namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surəti.

Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.

Seçki ilə əlaqədar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə üzrə Dövlət Komitəsinin rəsmi internet poçt ünvanına ([email protected]) və ya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edilə bilər.